Etiket

Etiket (fr.etiquette – mərasim, təşrifat) — 1)ictimai yerdə, başqa şəxslərin yanında, onlarla ünsiyyətdə olduqda davranış qaydaları; 2)malın, eksponatın və s.-nin üstünə yapışdırılan, üzərində onun adını, qiymətini və digər parametrlərini göstərməklə malı müşayiət edən yarlıq; 3)monarxların saraylarında diplomatik dairələrdə və s.-də qəbul edilmiş davranış qaydaları; 4)hər hansı bir cəmiyyətdə qəbul edilmiş davranış və nəzakət forması; 5)özünü necə aparmaq barədə qoyulmuş ciddi və möhkəm qaydalar.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search